Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda gənclər arasında “Qəhrəmanları necə tanıyırıq?” adlı bilik yarışması keçirilib

29.07.2022

  İyulun 29-da  Balakən rayon Mədəniyyət Mərkəzinin,MİHİ-nin Balakən rayon Komitəsinin birgə təşkilatçılığı və Balakən RİH-nin tərəfdaşlığı ilə gənclərin, gənclər və yeniyetmələrə xoş ovqatlı bir gün bəxş edilməsi və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə “Qəhrəmanları necə tanıyırıq?” adlı  bilik yarışması keçirilmişdir.
 Bilik yarışmasında şəhidlərimizə,milli qəhrəmanlarımıza,Vətən müharibəsi qəhrəmanlarına və korifey incəsənət adamlarına həsr edilmiş suallar təqdim edilmişdir.
Dörd komanda arasında keçirilən yarışın qaliblərinə MİHİ-nin Balakən rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.

   Tədbirdə Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elman Əzimov, fəal dərnək üzvü Səadət Çeerçiyevanın  ifasında mahnılar səsləndirildi və balaca fidanlar öz gözəl rəqslərini təqdim etmişdilər.