Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki rayonunda “Mədəniyyətimizin beşiyi” adlı mühazirə keçirilib

28.07.2022

İyulun 28-də Şəki MKS-nin 49 nömrəli kitabxana filialında Baş Zəyzid kənd Sənətkarlıq Evinin dəstəyi ilə 2022-ci ilin “Şuşa” ili” elan olunması ilə əlaqədar “Mədəniyyətimizin beşiyi” adlı mühazirə keçirilmişdir.Tədbirdə mədəniyyət işçiləri və məktəblilər iştirak etmişdir.

Tədbirin əvvəlində Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə Şuşanın mədəniyyət tarixindən danışılaraq deyilmişdir ki, XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İlk vaxtlarda bu yaşayış məskəni Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" adlandırılıb.Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb. İbrahimxəlil xanın dövründə isə Şuşa qalasının divarları və strateji əhəmiyyətli qalalar tikilib. Şəhər qısa zamanda xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi.

Sonda Şuşaya aid sərgiyə baxış keçirilmişdir.