Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir

28.07.2022

  İyulun 27-də  Qax şəhər  Heydər Əliyev Mərkəzində Qax rayon Mədəniyyət Mərkəzi və H.Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ölümsüzlüyə ucalanlar” devizi altında şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları ilə görüş  keçirilmişdir..Rayon ictimaiəttinin nümayəndələri, şəhid ailələri, qazi və müharibə iştirakçılarının qatıldığı tədbir Azərbaycanın  haqq işi uğrunda  şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır.Tədbirin aparıcısı  Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı  Vüsalə Mustafayeva 44 günlük Vətən müharibəsində  rəşadət göstərərək, şəhadətə yüksəlmiş Qax şəhidləri haqqında məlumat vermişdir..Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, Şəlalə qəzetinin baş redaktoru Xavər Əfəndiyeva, YAP Qax  rayon təşkilatının sədri , şəhid qardaşı Natiq Allahverdiyev, S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova,  Şəki Regional Mədəniyyət  İdarəsinin Qax rayon üzrə məsləhətçisi Dilarə Əzizova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Dunusova çıxışlarında şəhid olmuş Vətən  oğullarınına dərin  hörmət və ehtiramlarını  ifadə etdilər. Vətən müharibəsi  qazisi Elnur Mustafayev,vətən müharibəsi iştirakçısı Fərid Kərimov çıxışlarında  cəbhə yoldaşlarını yada salmış, şəhidlərimizə rəhmət, qazilərimizə isə can saglığı arzu etmişlər.Şəhid  Asəf Ağayevin və şəhid  Anar Qarayevin  atası çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığının  bildirdilər. 

   Nümayiş olunan videoçarxlar və  poeziya nümunələri  tədbir iştirakçılarında kövrək anlar yaşatmışdır. S.Vurğun adına Qax rayon mədəniyyət Mərkəzində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq Teatrının akryorları Azadə Taleh Abbasqızının qələmə aldığı  “Xarı bülbül” dramından təqdim etdikləri  bir parçada Xanqızı Natavanın qələbə sevincini və xarı bülbülün  həsrətini dolğun şəkildə tamaşaçılara təqdim etdilər.  Tədbirdə yekun sözü ilə çıxış edən RİH başçısının müavinin Vəfa Xanım Heydərova   qələbənin bitirdiyi 30 illik torpaq həsrətindən, zəfərə aparan uğurlu dövlət siyasətindən, ordu quruculuğundan, prezident , xalq , ordu birliyindən  geniş söhbət açaraq, şəhid ailələrinin , qazi və müharibə iştirakçılarının daimi dövlət  tərəfindən hərtərəfli  diqqət və qayğı ilə əhatələndiyini vurğulamışdır.

  Sonda şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir.