16.05.2018
Şəki rayon Turan qəsəbə folklor klubunda 16 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cumhuriyyetinin 100 illik yubileyi munasibətilə “İstiqbalımız, İstiqlalımız olan Xalq Cümhuriyyətimiz” mövzusunda tədbir keçirildi.
Tədbiri Turan folklor klubunun müdiri Ələsgərova Sevinc açaraq qeyd etdi ki, 1918-ci il mayin 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. M.Rəsulzadə hökumət başçısı seçildi. Rusiya Azərbaycanın müstəqilliyini istəmirdi. Azərbaycandakı qara qüvvələrin köməyi ilə Rusiya 11-ci Qızıl ordunu Azərbaycana göndərdi. 1920-ci ilin aprel ayında Azərbaycan müstəqilliyini itirdi. Yalniz 1991-ci ildə Azərbaycan 18 oktyabr konstitutsiya akti ilə dövlət müstəqilliyimiz bərqərar oldu. Azərbaycanın müstəqilliyini taniyan ilk dövlət Türkiyə oldu. Azərbaycan Respublikasi Prezidentinin fərmanı ilə 28 may Respublika Günü kimi qeyd edilir.
Tədbirdə qəsəbə ziyalilarindan N.Tağıyev, R.Mirzəzadə, G.Məmmədova, N.Balaşov, S.Möylamov və s. çıxış etdilər.