21.07.2022
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ələsgər Abdullayev adına şəhər diyarşünaslıq evində Milli Mətbuat Günü münasibəti ilə “Qələmin güclü olsun” mövzusunda mühazirə keçirilmişdir.
Tədbirdə 9 saylı tam orta məktəbin müəllimi, şagirdlər və diyarşünaslıq evinin kollektivi iştirak etmişdir. Öncə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn jurnalistlərin əziz xatirəsi sükutla yad edildi. Ardınca 9 saylı tam orta məktəbin müəlliməsi Bilalova Aida müəllimə milli mətbuatın yaranması mövzusunda çıxış edərək bildirdi ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bər Zərdabinin əsəsını qoyduğu “Əkinçi” qazeti xalqımızın milli oyanışında yeni səhifə açmışdır. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına nail olmuşdur. Qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü gördü. Bununla Azərbaycan mətbuatının əsəsi qoyuldu. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynadı. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin”, “Şərqi-Rus”, “Həyat”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. O, çıxışının sonunda peşə bayramını qeyd edən mətbuat işçilərini və jurnalistləri təbrik edir, işlərində uğurlar arzumışdır.
Sonda şagirdlər Şəhid jurnalistlərə həsr olunmuş şeirlər söylədilər.