15.07.2022
Almalı kənd mədəniyyət evi və Almalı kənd kitabxabası ilə birlikdə “Xalq musiqi alətlərinin tarixi” mövzusunda söhbət təşkil olunmuşdur.Tədbirdə Almalı kəndinin mədəniyyət işçiləri, kitabxana əməkdaşları və şagirdlər iştirak etmişdir..
Tədbir iştirakçıları mədəniyyət evinin foyesində tədbirdən əvvəl xalq musiqi alətlərini əks etdirən sərgi-stendlə tanış oldular.
Tədbirdə Almalı kənd mədəniyyət evinin metodisti İbrahim Əhmədov Azərbaycan musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsi olduğunu və Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətlərinin mövcudluğundan, Qobustanda qavaldaşı, Mingəçevirdə tapılmış balabana oxşar musiqi aləti haqqında danışaraq tədbir iştirakçılarına xalq musiqi alətlərinin tarixi haqqında geniş məlumat vermişdir.