15.07.2022
Qum kənd sənətkarlıq evi və Qum kənd kitabxanasının birgə təşkilatçılığı ilə milli -mənəvi dəyərlərin qorunması və asudə vaxtın təşkili məqsədilə “Özümüz və sözümüz” adlı folklor axşamı keçirilmişdir.
Əvvəlcə Sənətkarlıq evində “Azərbaycan folkloru—ağızdan yazıya” stendi sərgilənib.
Qum kənd sənətkarlıq evinin metodisti Rübabə İsaqova tədbiri açaraq qeyd etdi ki, Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatının tarixi, ,mədəniyyəti,həyat tərzi və adət ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur.Folklor nümunələri xalq zəkasının qüdrətini,bədii təfəkkürünün gücünü parlaq əks etdirən ,əsrlərin sınağından çıxmış əsərlərdir.
Sonda uşaqların təqdimatında folklor nümunələrindən hazırlanmış kompozissiya maraqla qarşılanmışdır.