13.07.2022
İyulun 13-də Şəki şəhər M.F.Axundzadənin ev muzeyi və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə ədibin 210 illiyi ilə əlaqədar “Gələcəyə çıraq tutan dahi” adlı elmi sessiya keçirilib.
Sessisyanın əvvəlində çıxış edən M.F.Axundzadənin ev muzeyinin direktoru Ulduz Xəlilova ədibin ocağında qonaqları qarşılamağın böyük fəxarət duyduğunu qeyd edərək sessiyanın mahiyyətini geniş şəkildə iştirakçılara məruzə eləmişdir.
Sessiyada çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin məsul işçiləri İradə Yusifova, Kamil Adışirinov,Rahim Həsənov və B.Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli tərəfindən ədib haqqında elmi informasiyalar, dövrünün həmyaşıdalrının görüşləri, yaradıcılığı və digər fəalliyəti barədə geniş şəkildə iştirakçılara məlumat verilmişdir.
Elmi sessiyanın sonunda çay süfrəsi ətrafında Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin hazırladığı musiqi nömrələri dinlənilmişdir.