13.07.2022
İyulun 12-də Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı "Bullinqə son " mövzusunda söhbət aparmışdır. Tədbirdə Baş Daşağıl kənd kitabxana filialının müdiri Abdullayeva Aybəniz və kitabxananın fəal oxucuları iştirak etmişdir.
Abdullayeva Aybəniz çxış edərək bildirmişdir ki, bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdları tərəfindən göstərilən təzyiq olduğunu buraya şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət daxil olduğunu qeyd etdi, bullinqə məruz qalan şəxslərin adətən, cinsi, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyini vurğulamişdır. Eləcə də sosial və maddi durumu zəif olan, dərslərini yaxşı oxumayan, geyim tərzləri və görkəmləri xoşlanmayan və s. şagirdlərə qarşı yönələn təzyiqlərin də bullinqin səbəbləri olduğu xatırlandı. Xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd edildi, bundan yarana biləcək fəsadlar haqqında danışıldı.
Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparılmışdı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.Tədbirin təşkil olunmasında məqsəd məktəbdə, cəmiyyətdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.