04.07.2022
İyulun 4-də Balakən rayon MKS-in İtitala kənd kitabxana filialında M.F.Axundovun 210 illiyi ilə əlaqədar "M.F.Axundov və teatr" mövzusunda söhbət saatı keçirilmişdir. Söhbəti filial müdiri Rəziyyət Qurbanova açaraq qeyd etdi ki, Azərbaycanda peşəkar teatr kimi öz fəaliyyətinə komediya ilə başlamışdır.
1873-cü il mart ayının 10-da H.Zərdabinin və N.Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatri bu əsas üzərində də üslub, forma və metod mükəməlliyi qazandı.
Sonda tədbir iştirakçıları edib haqqında bildiklərini bölüşdülər.