01.07.2022
Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Zaqatala rayon "N" saylı hərbi hissədə Azərbaycan Respublikası Daxili Qoşunlarının yaranmasının 30-cu ildönümünə həsr olunmuş “Ordum varsa yurdum var” adlı konsert keçirilmişdir.
Tədbirin rəsmi hissəsində Zaqatala Rayon “N” saylı hərbi hissənin komandiri tədbiri giriş sözü ilə açıq elan etdi. Hərbiçilərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. Rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova hərbiçiləri və gələn qonaqları salamlamışdır.
Mərkəzin bədii rəhbəri Samirət Hümbətova tədbirin bədii hissəni açıq elan etdi. Mədəniyyət işçisi Elçin Davudovun rəhbərlik etdiyi “Lider” instrumental ansanblının ifasında “Kompozisiya” səslənmişdir. Mədəniyyət işçiləri Rahil Kərimov, Vüqar İsgəndərov, Abdulla Yusifov, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samirət Hümbətovanın hazırladığı “Söz dünyası” Bədii Qiraət Dərnəyinin həvəskarları, Aybəniz Qurqunayeva, Faiq Eyyubov, Mamed Mamedov, vətəni, torpağı, bayrağı tərənnüm edən mahnılar, şeirlər səsləndirdilər. Tədbirin sonunda hərbiçilər üçün rəqs musiqiləri səsləndirildi. Yekunda “N” saylı hərbi hissənin komandiri tədbirin yüksək səviyyədə təşkilinə görə öz təşəkkürünü bildirmişdir.