Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Şəki Mərkəzi Kitabxana Sisteminin və filiallarının əməkdaşları ilə görüş keçirib

01.07.2022

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini  icra edən Tərlan Nəsibov Şəki Mərkəzi Kitabxana Sisteminin və filiallarının əməkdaşları ilə görüş keçirmişdir.

 İclasda  Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini  icra edən Tərlan Nəsibov, məsləhətçiləri Xatirə Səlimli, Elvin Qarayev, Ülkər Mahmudova və Şəki Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi iştirak etmişdir.

  Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev çıxış edərək görüşün mahiyyətini  kitabxanaçılara  bildirmişdir.    

   Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifə səlahiyyətlərini icra edən Kəmalə İsmayılova kitabxanaların  2022-ci ilin ilk 6 ayı ərzində   görülən işlər haqqında məlumatları geniş şəkildə məruzə etmişdir.

  Görüşün  sonunda iclas iştirakçılarının problemləri  və təklifləri dinlənilərək onların icrası üçün  lazımi qeydlər  götürülmüşdür.