Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”O kimdir?” adlı əyləncəli viktorina təşkil edilib

01.07.2022

 Qax rayon  Şəhər 1 saylı kitabxana filialı "Yay Məktəbi "çərçivəsində  "O kimdir? adlı əyləncəli viktorina təşkil etmişdir. 

Viktorinada məktəblilər üç komanda şəklində iştirak etmişdirlər. "O kimdir?” rubrikasında onlara müdriklərdən kəlamlar, tapmacalar, uşaqlar üçün yazılmış şeirlər və hekayələrin müəllifləri və nitq inkişafını formalaşdıran əyləncəli, məntiqli suallar tərtib edilmişdir. 

 Zəfər, Vətən və Şəfəq komandalarından  Vətən komandası fəal iştirakına görə viktorinanın qalibi seçilmişdir. 

 Məqsədimiz şagirdlərin elmə, təhsilə, sağlam rəqabətə, kitabxana və kitablara mütaliəyə maraqlarını artırmaq və onların intellektual səviyyələrini yüksəltməkdir.