01.07.2022
Qax rayon Şəhər 1 saylı kitabxana filialı "Yay Məktəbi "çərçivəsində "O kimdir? adlı əyləncəli viktorina təşkil etmişdir.
Viktorinada məktəblilər üç komanda şəklində iştirak etmişdirlər. "O kimdir?” rubrikasında onlara müdriklərdən kəlamlar, tapmacalar, uşaqlar üçün yazılmış şeirlər və hekayələrin müəllifləri və nitq inkişafını formalaşdıran əyləncəli, məntiqli suallar tərtib edilmişdir.
Zəfər, Vətən və Şəfəq komandalarından Vətən komandası fəal iştirakına görə viktorinanın qalibi seçilmişdir.
Məqsədimiz şagirdlərin elmə, təhsilə, sağlam rəqabətə, kitabxana və kitablara mütaliəyə maraqlarını artırmaq və onların intellektual səviyyələrini yüksəltməkdir.