Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda ll Qarabağ müharibəsinin qazisi ilə görüş keçirilib

30.06.2022

Zaqatala Rayon MKS-in Fındıqlı, Maqov, Yolayrıc, Paşan, Höytala kənd kitabxana filialının əməkdaşları ll Qarabağ müharibəsi qazisi Xanlar Xəlilovun evinə onun ziyarətinə getmişdirlər. Görüş zamanı əməkdaşlar qazinin səhhəti ilə, qayğıları ilə maraqlanıb, bu yaxınlarda ata olması münasibətilə ilə təbrik ediblər. Xanlar ona göstərilən diqqətı görə minnətdarlığını bildirib. 

  Xanlar Xəlilov ll Vətən müharibəsində qəhrəmanlıqla döyüşən igidlərdən biridir. O, göstərdiyi şücaətə görə  "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur   döyüşçü"  medalları ilə təltif olunmuşdur.

   Görüşdə kitabxanaçılarla yanaşı qazi Etibar Abbasov və ll Vətən müharibəsi şəhidi Alim Məhəmmədovun anası Yetər xanım da iştirak etmişdir.