Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda ”İstiqlal şairi Əhməd Cavad” başlıgı altında dəyirmi masa keçirilib

30.06.2022

İyunun 30-da  Qaravəlli kənd Diyarşünaslıq evində Əhməd Cavadın 130 illiyi ilə əlaqədar  "İstiqlal şairi Əhməd Cavad" başlıgı altında dəyirmi masa keçirilmişdir. Tədbirdə mədəniyyət işçiləri və məktəblilər iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə açan müəssisənin  rəhbəri Ulduz Gondolova tədbir iştirakçılarına Əhməd Cavadın həyat və yaradıcılıgı haqqında məlumat verərək qeyd etdi ki; Əhməd Cavad Azərbaycan ədəbiyatında istiqlal şairi kimi tanınmış söz ustadlarındandır. O bütün varlıgı ilə xalqımızın müstəqil olması üçün çalışırdı.Dövlətimizin ilk himninin sözləri ona məxsusdur.

 Tədbirdə iştirak edən müəssisənin bədii rəhbəri Sevinc Alqayeva bildirdi ki: xalqımızın milli azadlıq mücadiləsində Əhməd Cavadın şeirləri bir ordunun əsgəri kimi xidmət göstərmişdir.

   Tədbirdə iştirak edən məktəblilər Devricov Süleyman və Osmanova Səmra Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirini səsləndirdilər.