Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki rayonunda Mirzə Fətəli Axundov - 210” adlı söhbət saatı təşkil edilib

30.06.2022

İyunun 30-da Şəki  MKS-nin 49 nömrəli kitabxana filialında Baş Zəyzid Kənd Sənətkarlıq Evinin birgə təşkilatçılığı ilə dramaturq, filosof Mirzə Fətəli Axundovun 210 illiyi ilə əlaqədar olaraq “Mirzə Fətəli Axundov - 210” adlı söhbət  saatı təşkil edilmişdi.Tədbirdə mədniyyət işçiləri,məktəblilər və kənd ictimaiyyətinin fəal nümayəndələri iştirak edirdi.

 Tədbirdə bildirilmişdir ki, M.F.Axundovun həyatı haqqında iştirakçılara ətraflı məlumat verərək bildirdi ki,  Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.

  Sonda tədbir iştirakçıları  görkəmli dramaturq Mirzə Fətəli Axundova həsr olunmuş sərgi ilə yaxından tanış oldular.