Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə ”Görünməyən qəhrəmanlar-27 sentyabr” adlı sənədli filmin növbəti nümayişi keçirilib

29.06.2022

Şəki şəhər Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,  İctimai Televiziya və Azərbaycanfilmin birgə istehsalı olan  "Görünməyən qəhrəmanlar-27 sentyabr" adlı sənədli filmin növbəti nümayişi keçirilmişdir. 
  Filmin nümayişində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov, mədəni-maarif müəssisələrinin rəhbərləri və işçiləri iştirak etmişdir.Film tamaşaçılar  tərəfindən rəşadətli Azərbaycan Ordusunun müharibə vaxtı göstərdikləri əzmkarlıq və qətiyyətlilik  yüksək qiymətləndirilmişdir.