28.06.2022
İyunun 28-də muzeyin növbəti ziyarətçiləri Qarabulaq kəndindən olan valideynlər və uşaqlar olmuşlar.
Muzeyin bələdçisi tərəfindən uşaqlara və valideynlərə Oğuzun tarixini, muzeydəki hər bir eksponat haqqında ətraflı məlumat verilmiş və tamaşaçıların sualları cavablandırılmışdır.Bu istiqamətdə növbəti tədbirlər yay tətili ərzində davam etdiriləcəkdir.
Oğuz rayon Tarix-diyarşünaslıq muzeyi “Muzeylər yurdun tarixidir” şüarı vasitəsilə tətil günləri ilə əlaqədar valideyn və uşaqlara Oğuzun tarixini daha yaxından öyrənmək üçün muzeyə gəlişini təşkil edir. Keçiriləcək tədbir yay ayları üçün nəzərdə tutulmuşdur.