26.06.2022
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində Milli Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan ordusu dövlətin dayağıdır” mövzusunda bayram konserti keçirilmişdir. Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmovun təşkilatçılığı ilə keçirilmiş tədbirdə tədbirdə MİHİ-nin Şəki rayon komitəsinin sədri, FHN-nin Şəki Xilasetmə Taborunun əməkdaşları, qazilər, MKS-nin əməkdaşları və Klub işçiləri yaxından iştirak etmişdirlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Ardınca Vətən müharibəsində Şəhid olmuş qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Proyeksiya lövhəsində Milli Silahlı Qüvvələr Gününün yaranma tarixi, Ali Baş Komandan İlham Əliyevin çıxışı və 44 günlük Vətən müharibəsinin əks etdirən görüntüləri təqdim olunmuşdur.
Mədəniyyət Mərkəzinin “Səbuhi” instrumental ansambılnın üzvlərinin müşayəti ilə vətənpərvər ruhda musiqiləri tamaşaçılara xoş təsir bağışlamışdır.
Sonda MİHİ-nin Şəki rayon Komitəsinin sədri Rəhman Məmmədov və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə öz minnətdarlığını bildirmişlər.