Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Türkiyənin Berqama şəhərində şəkili musiqiçilərin çıxışları maraqla qarşılanıb

21.06.2022

 

 Berqamada bu il 86-cı dəfə təşkil edilən Mədəniyyət və İncəsənət Festivalı rəngli görüntülərlə yadda qalıb.  Bələdiyyə sədri Hakan Koştu, köklü ənənələri yaşatmağa davam edəcəklərini ifadə edərək, “Bu gün biz burada təkcə festival təşkil etmirik, hər il gözəl Bergamamızdan bütün dünyaya sevgi, dostluq və sülh mesajları veririk. 
Şəki şəhər Uşaq İncəsənət məktəbinin Qədim alətlərdən ibarət “Zirvə” folklor ansamblı da festivalda çıxış edib. Çıxış zamanı Üzeyir Hacıbəyovun “Uverturası” və Türkiyənin məşhur türküsü “Çökertme" türküsünü  ifa ediblər.
Qeyd edək ki,1937-ci ildə  M.K.Atatürkün səfəri zamanı etdiyi təkliflə başlayan Beynəlxalq Berqama Festivalı hər il müxtəlif şoular, məşhur sənətçilərin konsertləri və yerli sərgilərlə keçirilir.