Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”Narkomaniyaya yox deyək!” adlı müzakirə saatı təşkil olunub

21.06.2022

Ağçay kənd kitabxanası, M.Məmmədov adına orta məktəbin müəllim kollektivi ilə birlikdə Narkomaniya və narkobiznesə qarşı mabarizə günü ilə əlaqədar " Narkomaniyaya yox deyək!" adlı müzakirə saatı təşkil olunmuşdur. 
Tədbirdə Narkomaniya psixotrop maddələrdən, bu gün dünyanı narahat edən əsas problemlərə toxunuldu. Bu problemin vurduğu zərərin həcmi çox böyük olduğu  həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarılması haqqında geniş  danışılmışdır.