Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda ”Erkən nikaha yox deyək!” adlı maarifləndirici söhbət təşkil olunub

21.06.2022

   Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında " Erkən nikaha yox deyək" adlı Şirvanlı kənd tam orta məktəbin VII sinif şagirdləri üçün maarifləndirici söhbət təşkil olundu.Tədbirdə  bildirildi ki, erkən nikah - yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır.18 yaş uşaqların müdafiəsi baxımından 1989- cu il tarixli Uşaq hüquqları konvensiyasında müəyyənləşmiş son həddir. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Erkən nikah bağlanmasında valideynlərin böyük rolu vardır. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.Sonra Quliyeva Rəna " Erkən nikahı sağlamlığa mənfi təsiri" haqqında məruzə ilə çıxış etdi. Erkən yaşda nikah ana və uşaq ölümlərinə, şikəst uşaqların dünyaya gəlməsinə, eyni zamanda yaratdığl fiziki və psixoloji fəsadlara səbəb olur. Gələcəyin sağlam övladları bu günün qurulan sağlam ailələrindən başlayır. Qızlarımıza savad, təhsil verməliyik ki, onlar da gələcəkdə savadlı övladlar yetişdirsinlər.  

  Beləliklə, Hamı birlikdə "Erkən nikaha yox!" deməlidir