14.05.2018
Mayın 14-də uğurla davam edən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günündə - Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Lalə Məmməd, Fidan Lətifova, Pərviz İsmayılov, Akif Yusifov, Nərmin Abbasova və başqaları ifa ediblər.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub