14.06.2022
Qullar kənd Sənətkarlıq evində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar olaraq "Əsl qurtuluş tarixi" başlığı altında dəyirmi masa keçirilmişdir.Tədbirdə mədəniyyət işçiləri, bir qrup gənclər və məktəblilər iştirak edirdi.
Tədbirdə bildirildi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.Uluöndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Dəyirmi masada məktəblilər "Heydər ata", "O bizimlədir", "O Heydər Əliyevdir" və "Heydər ata, Heydər baba" şeirlərini səsləndirdilər.