Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Xalqa Azərbaycanı qaytardı” adlı ədəbi-bədii axşam keçirilib

13.06.2022

 Şəki MKS-nin Baş Küngüt kənd 51 nömrəli kitabxana filialı və Baş Küngüt kənd diyarşünaslıq evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqa Azərbaycanı qaytardı"  adlı ədəbi-bədii axşam keçirilmişdir. 

  Tədbirdə bələdiyyə işçiləri, icra nümayəndəliyinin işçiləri, tibb məntəqəsinin işçiləri  məktəb kollektivi iştirak etmişdirlər.   Tədbir Azərbaycanın Himni ilə başladı.Kənd bələdiyyəsinin sədri Abbasov Rahib “Xalqa Azərbaycanı qaytardı" başlıqlı mühazirə ilə çıxış etdi.

  Sonra diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin üzvləri və məktəblilərin çıxışları təqdim olundu.

    Sonda kitabxana filialının müdiri Kərimova Həqiqət tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.