11.06.2022
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qaşqaçay və Armudlu kənd kitabxanaları, Zeynəddin Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbi, kənd Folklor evinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar " Ruhumun ünvanı Şuşa" başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə məktəb kollektivi,şagirdlər, valideynlər, mədəniyyət işçiləri iştirak etmişdirlər. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırması olduğunu bildirilmişdir.
Tədbirdə məktəblilər Vətənə,Şuşaya aid şeirlər,mahnı və rəqslər, o cümlədən səhnəciklərlə çıxış etmişdirlər.