Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda ”Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirilib

10.06.2022


Balakən MKS-nin Katexzavod kənd kitabxana filialı 18 may -​ 18 iyun İnsan hüquqları aylığı ilə əlaqədar olaraq "Hüquqlarımızı bilək və qoruyaq" adlı kitabxana əməkdaşları və Katexzavod kənd tam orta​ məktəbin müəllim və şagird kollektivi ilə​ tədbir keçirilmişdir. 
Tədbirdə  bildirildi ki, insan hüquqları ləyaqət, ədalət, bərabərlik,hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır.Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Azərbaycan Respublikası 2001-ci ildə İnsan Hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında Avrova Konvensiyasına qoşulmaqla bu Konvensiya Konstituyamızın 148-ci maddəsinə müvafiq olaraq milli qanunvericiliyin tərkib hissəsinə çevrilmişdir. 
Sonda  şagirdlərin maraqlandıqları suallar cavablandırılıb.