Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda ”Şuşa mənim qürurum” adlı tədbir keçirilib

10.06.2022

Paşan kənd kitabxana filialında "Şuşa mənim qürurum" adlı tədbir keçirilmişdir. Tədbirdə kitabxanaçılar, müəllimlər və məktəblilər iştirak etmişdir.Tədbirdə ll Qarabağ müharibəsində qazanılan qələbənin nəticəsi olaraq həsrətində qaldığımız torpaqlara qayıdışın xüsusilə də doğma Şuşamıza qovuşmağımız bir vətəndaş kimi hər birimizin üçün qürurverici hal olduğunu bildirildi.

Sonda məktəblilər eyni zamanda kitabxananın oxucuları Şuşamıza həsr edilmiş şeirlər səsləndirdilər.