Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”Uşaqların tərbiyəsində psixoloji amillər ”adlı diskusiya keçirilib

10.06.2022

Qax rayon 1saylı Şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəhər 2 və 4 saylı kitabxanaları ilə Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planına əsasən "Uşaqların tərbiyəsində psixoloji amillər "adlı diskusiya keçirilmişdir. Tədbirdə Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdi.

Dövlət proqramı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.

Şagirdlər mövzu haqqında öz fikirlərini bildirərək onları narahat edən bəzi məsələlər haqqında geniş müzakirələr aparmışdırlar.