Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində “Biz Şuşadayıq!” adlı tədbir keçirilib

08.06.2022


  07 iyun 2022-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına şəhər  folklor evi, Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin sərəncamına əsəsən 2022-ci il "Şuşa "ili elan olunması münasibətilə "Biz Şuşadayıq"mövzusunda ədəbi-bədii gecə keçirmişdir. Tədbirdə 4 saylı musiqi məktəbinin kollektivi və mədəniyyət işçiləri iştirak etmişdir.
  Tədbirində Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səməd Vurğun adına şəhər folklor evinin bədii rəhbəri Rasimə Mahmudova Şuşanın tarixi haqıında geniş məlumat verdi. Mədəniyyət işçilərinindən Zabil Məmmədov, İdris İdrisov, Sərdar Yunusov, Sərxan Hüseyinli “Səbuhi” ansamblının müşayəti ilə “Xudayar təsnifi”, “Şuşanın dağları”, “Azərbaycan” vətənpərvər ruhunda musiqilər tamaşaçılara təqdim edilib. Daha sonra məktəbli şagirdlərdən Məmmədova Ahu,Əhmədov Oruc, Əzizli Günel, Həsənova Selcanın  ifasında “Şuşa”, “Qarabağ”, “Azərbaycan” kimi şeirlər və mahnılar  səsləndirilmişdir. Tədbirin sonunda M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov və Şəki Regional Mədəniyyət İdarəsinin həmkarlar təşkilatının sədri Mehriban Məmmədova tədbir təşkilatçılarına və iştirakçılarına hər kəsə öz minnətdarlığını  bildirmişlər.