Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”Gözəl Şuşa, Sən Bizimsən! ” adlı ədəbi-bədii gecə keçirilib

03.06.2022

Qax rayon MKS-nın Əmbərçay kənd kitabxanası  Şahmərdan Abdullayev adına Əmbərçay kənd  ümumi orta məktəbində 2022-ci ilin "Şuşa ili "elan olunması ilə əlaqədar "Gözəl Şuşa, Sən Bizimsən!" adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə kitabxananın fəal üzvləri və müəllimlər iştirak etmişdir.
Tədbiri kənd kitabxana müdiri Gülmayə Məmmədova açdıqdan sonra  Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir​ dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin aparıcısı kitabxanaçı  Afaq Abbaslı tədbirdə   Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin kəlamını xatırladaraq ​ “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” söylədi.​ ​ Sonra Prezident İlham Əliyevin Şuşa haqqındakı çıxışını monitorda tədbir iştirakçılarına işıqlandırmışdır.​
Tədbirdə həmçinin  məktəblilər tərəfindən ifa olunan Şuşaya həsr olunmuş şeirlər, rəqslər və səhnəciklər tədbirə xüsusi rəng qatmışdır.
Şahmərdan Abdullayev adına Əmbərçay kənd  ümumi orta məktəbin direktor müavini Cəbrayılova Güldənə tədbir haqqında fikirlərini bəlavə edərək  təşkilatçılara öz məmnuniyyətini bildirmişdir.​