01.06.2022
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da, iyunun 1-i uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənə ilə qeyd edilir. Ölkəmizdə, uşaqlara daima böyük diqqət və qaygı vardır. Ulu Öndər uşaqlar haqqında demişdir “Uşaqlar bizim gələcəyimizdir” onlar daima sevgi və qayğı ilə əhatə olunmalıdır.
Bu sözlər Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid və Qazı ailələrinin uşaqları üçün hazırlanmış “Siz bizim sabahımızsınız” adlı tədbirdə səsləndirilmişdir.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov çıxış edərək bütün uşaqları təbrik etmiş və II Qarabağ müharibəsindən danışmışdır.
Daha sonra tədbir Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin konsert proqramı ilə davam etmişdir. Sonda Qazi və Şəhidlərin uşaqlarına hədiyyələr təqdim edilmişdir.