31.05.2022
Şəki şəhər MKS-nin 49 nömrəli kitabxana filialı Baş Zəyzid Kənd Sənətkarlıq evi ilə birlikdə 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədi naliyyətimizdir” adlı ədəbi bədii-axşam keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Dövlətinin qurucularının və Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Baş Zəyzid Kənd Sənətkarlıq Evinin özfəaliyyət ansamblının üzvüləri Abduləzizov Umar, Əliyev Rəhman, Məmmədova Günel, Həmidli Gülçin, Mustafayeva Sevinc, Salmanova Ülkər, Səmədova Səma, Məmmədov Bəxtiyar, Məmmədov İsmət və Rəsulov İbrahimin ifasında müstəqillik, vətənpərvərlik mövzusunda mahnılar, şeirlər və solo ifalar səsləndirilmişdir.