Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşanın tarixi və bu günü

24.05.2022

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin əsası 1752-ci ildə qoyulub. Həmin dövrdən Şuşa Azərbaycanın mühim şəhərlərindən olub. Həm tarixinə, həm coğrafiyasına, həm də mədəniyyət abidələrinə görə Şuşa nəinki Qarabağın, hətta Azərbaycanın incisidir. Şuşanın gözəlliyini Fikrət Qocanın “Şuşa” şeirindən bir parça ilə davam etdirək:

“Daşaltı çayına yol vermək üçün
Dağ öz ətəyini yığıb altına,
Elə bil bu yeri yaratdığı gün,
Düşübdür Allahın xoş saatına”.

Şuşanın gözəlliyi, tarixi abidələri, başıdumanlı, güllü-çiçəkli xalıya bənzəyən çəmənləri turistləri həmişə özünə cəlb edib. Səkili, İsa, Şamil bulaqları, Cıdır düzü  yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub.

Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi olan Şuşa 1992-ci ildə mayın 8-də Ermənistan tərəfindən işğal edildi. Bununla da yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb məhv edildi. Bu qədim və müqəddəs torpaq 28 il düşmən tapdağında qaldı. Şuşa bizim 28 illik ağrı-acımız və yaramız oldu.
İşğal nəticəsində  Şuşadakı bir sıra tarixi mədəniyyət abidələri erməni vandalları tərəfindən talan edildi. 5000 minə yaxın eksponatı olan Şuşa tarixi muzeyi, Dövlət Xalça muzeyinin filialı, Xalq tətbiqi sənəti muzeyi, Qarabağ tarixi muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Paleolit dövrünə aid Azıx mağarası, Kəlbəcərdə yerləşən Tarix muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılaraq talan olundu. Kitabxanalar yandırılaraq misilsiz əl yazma nümunələri məhv edildi. Bundan əlavə  dağıdılmış  abidələrə Xan mağarası, Qaxal mağarası  və Şuşa qalası da daxildir. Həmçinin ermənilər Şuşada olan  7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumitəhsil məktəbini, mədəni-maarif, kənd təsərüffatı texnikumlarını,  8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi və Şərq musiqi alətləri fabrikini dağıtdılar.
Qarabağın ürəyi olan Şuşa 28 il erməni tapdağında bir gün azad olunduğu günü gözlədi. Şuşa gözlədi ki,gözyaşlı, əliyalın, qucaqda gedən Azərbaycanın igid oğulları böyüsün, vətənə layiq oğlanlar olub, Şuşanı işğaldan azad etsinlər.

Biz də bir xalq olaraq hər il dualar etdik, alqışlar dilə gətirdik ki, Şuşada bayramlar keçirək, bayrağımızı Şuşa dalğalandıraq. Bəli, duaları o qədər içdən və inanaraq etdik ki, Allah da dualarımızı qəbul etdi. Biz bir xalq olaraq qanımıza və canımıza hopmuş vətən yarası, namus yarası olmuş savaşımızdan üzüağ çıxıdıq. Bu qələbəmizi o qədər gözləmişdik ki, bunu biz bilirik, birdə dualarımızı qəbul edən Ulu Tanrımız.
Nəhayət, o gün gəlib çatdı. Torpağımızdan qəsibkar erməni tapdağını, adımızdan qanlı ləkəni və  tariximizdən o ermənin qətl günlərini təmizləməliydik. Biz xalq olaraq bunu bacardıq. Bəli, xalq olaraq öhdəsindən layiqincə gəldik.

2020-ci ilin 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda silahlı qarşıdurma başladı. Silahlı qarşıdurma gərgin və uzun müddətli döyüş oldu.
“İkinci Qarabağ müharibəsi”, “Vətən müharibəsi” və ya “Dəmir yumruq” əməliyyatı kimi tarixə və yaddaşlara həkk olundu. Ölkəmizdə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan olundu. Həm Ali Baş Komandanımız cənab İlham Əliyev, həm də xalqımız qətiyyətli idilər. Uşaqdan-qocaya hamımızın  ürəyi vətən uğrunda döyünürdü. Ermənilərin işğalında, bizim qəlbimizdə yara, beynimizdə qan yaddaşı olan 20 faiz torpaqlarımızı azad etmək istəyirdik. Buna haqqımız da çatırdı, gücümüz də…
Torpağımızın hər qarışı bizim üçün əzizdir. Dövlət başçımız cənab İlham Əliyevin hər çıxışını səbirsizliklə gözləyirdik, çünki hər çıxışında hansı kəndimizin, şəhərimizin işğaldan azad olunduğunu qürurla xalqımıza çatdırırdı.
Kiçikdən-böyüyə bir gözümüz sevincli, bir gözümüz qəmli idi. Torpaqlarımız işğaldan azad olunduqca qanından, canından keçən oğullarımız şəhidlik zirvəsinə ucalırdılar. Azərbaycanın mərd, cəsur igid oğlanları həm çağırışla, həm də könüllü cəbhəyə yollanaraq qanlarının son damlasına qədər vuruşdular. Bəli, öz haqlı savaşında cəsarətlə vuruşaraq qəhrəmancasına şəhid olublar. Amma şəhidlərimiz bizim aramızdan cismən ayrılıblar mənən bizimlədirlər. “Şəhidlər ölməz, Vətən bölünməz!” – fikri əbəs yerə deyilməyib. 3000 mindən çox Azərbaycan şəhidi öz haqq dünyasına qovuşdu. Şəhidlər hər daim bizim qəlbimizdə yaşayacaqlar bizdən sonrakı nəsillərə də bu aşılanır və aşılanacaq.

Qarabağın döyünən ürəyi, musiqi və incəsənətin beşiyi və “Sən tarixin özüsən, Azərbaycanın gözüsən”  deyə bəhs etdiyimiz Şuşa aazad olundu. Yüzlərlə itki verən erməni silahlıları arxalarına baxmadan papaqlarını belə götürməyə macal tapmayıb şəhəri tərk etdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabrda xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan traxinin ən şanlı qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “28 il işğal altında olan Şuşa azad edildi!”, “Şuşa indi azaddır!”və “Biz Şuşaya qayıtmışıq!” cümlələri Azərbaycan tarxinin son yüzillik möhtəşəm müjdəsidir.

İgidlərimizin Şuşada göstərdiyi böyük qələbə nağıl olub dillərə düşdü. Şuşada əlbəayağa döyüşlər, küçə döyüşləri bəli,silahsız dişləri və dırnaqları ilə böyük qləbəni qazandılar.Bilirdilər ki, xalq onlara inanır və cənab Ali Baş Komandan İlham Əliyev onların arxasındadır.
Ayrı-ayrı ailələrin oğul övladları cəbhədə qardaş oldular, sirdaş oldular.Yaralansalar da yoldaşalrını tək qoymadılar.Döyüş meydanını tərk etmədilər.Çünki onlar artıq bir ananın-Vətənin övladları idilər.

Fikrimi Məmməd Arazın misraları ilə davam etdirmək istəyirəm:

“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim”

Qəhrəman əsgərlərimiz vətənin qayalarında hərəsi bir çiçək olub bitdilər. Ailələrini sevdiyini, övladını düşünmədən vətənini seçdilər. Öz şirin canlarından keçdilər ki, onlardan sonra gələn nəsil əziyyət, müharibə görməsin. Biz rahat yaşayaq deyə onlar torpaq altında mənən yaşamağı seçdilər.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Elvin Qarayev

Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi