Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Ürək deyir yaşa hələ” adlı tədbir keçirilib

23.05.2022

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən  Baş Küngüt kənd diyarşünaslıq evi və MKS-nin 51 nömrəli filialının birgə təşkilatçılığı ilə “Ürək deyir yaşa hələ” adlı ədəbi-bədii axşam keçirilmişdir. Tədbir ailə günü münasibətilə Baş Küngüt kəndində yaşayan yaşlı ailələrə və iki ailənin 50 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə Şəki Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov, Şəki şəhər MKS-nin direktoru Kəmalə İsmayılova və digər qonaqlar, Baş Küngüt kənd orta məktəbinin müəllimləri icra nümayəndəliyi, kənd bələdiyyəsinin işçiləri, səhiyyə işçiləri, kənd sakinləri və qonşu kəndlərdən gələn mədəniyyət işçiləri iştirak etmişdirlər.