Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda “Ailə-milli mənəvi dəyərlərin daşıyıcısıdır” adlı tədbir keçirilib

23.05.2022

"İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi" təşkilatçılığı, "D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti" Balakən rayon şöbəsinin və Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Ailə-milli mənəvi dəyərlərin daşıyıcısıdır" adlı tədbir təşkil edilmişdir. 

Tədbirdə Mədəniyyət sahəsində işləyən gənclərlə bərabər təhsil və Gənclər evinin də əməkdaşları iştirak edirdi. 

Layihənin təşkilatçısı Nobat Qəniyeva, təlimçi Ruhiyyə Bəylərova, koordinator Səyyarə Əhmədova mövzu ətrafında geniş çıxışlar edərək ailə dəyərlərimizin qorunub saxlanılaraq gənc nəsl tərəfindən mənimsənilməsi, xüsusi ilə həssas olan qrupdan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirdilər. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olduğunu və bu dəyərlərə hörmətlə yanaşmağı gənc nəsilə tövsiyə edilmişdir.

Daha sonra mövzu ətrafında Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, Zəminə Abdullayeva, Arzu Xəlilova çıxış etmişdirlər.