Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Zaqatala rayon kitabxana filiallarında müxtəlif səpkili silsilə tədbirlər keçirilib

19.05.2022

18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Zaqatala rayon MKS-nin filial kitabxanalarında müxtəlif səpkili silsilə tədbirlər keçirilmişdir. Əliabad qəsəbə kitabxana filialı və Kəpənəkçi kənd kitabxanalarının əməkdaşları dəyirmi masa və tədbir, Fındıqlı və Paşan kənd kitabxanalarının əməkdaşları isə oxucuları üçün muzeylərə ekskursiya təşkil etmişdirlər. Digər kitabxanalarda isə sərgilər təşkil edilmiş və əlamətdar gün münasibəti ilə əməkdaşlar tərəfindən videoçarxlar hazırlanmışdır.