Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Mərkəzi kitabxansında “Tarix yazan Lider” adlı şeir müsabiqəsi keçirilib

12.05.2022

Oğuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalqı və Azərbaycan dövləti üçün misilsiz xidmətləri ilə ürəklərdə yurd salmış Ümummilli lider Heydər Əliyevin 99 illik yubleyinə həsr edilmiş "Tarix yazan Lider" adlı şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqədə kitabxananın fəal oxucuları iştirak edərək, I yerə Hidayətli Ayşən Ramin qızı, II yerə Həşimova Zümrüd Mahir qızı, III yerə Osmanlı Ayan Zaur qızı layiq görülmüşdür. Qalib iştikarçılara Gənclər İdman İdarəsinin aparıcı- məsləhətçisi Aytən Daşdəmirova tərəfindən hədiyyələr və diplomlar verilmişdir, digər müsabiqə iştirakçıları fəal iştiraklarina görə Fəxri Fərman ilə təltif olunmuşdur.