Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən “Qarabağın incisi Şuşa” adlı müsabiqənin qalibləri müəyyən olunub

12.05.2022

“Şuşa ili” elan edilməsi ilə əlaqədar Qax rayon Heydər Əliyev Mərkəzində 20 aprel 2022-ci il tarixində start verilən rayon məktəbləri arasında “Qarabağın incisi Şuşa” müsabiqəsinin qalibləri açıqlanmışdır. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin fond mühafizi Arzu Dunusova açaraq bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışmışdır.  Vurğulamışdır ki, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.  

Daha sonra qaliblərin mükafatları təqdim edilmişdir. Mükafatlandırma mərasimindən sonra Qax rayon sakinlərinin Heydər Əliyevlə bağlı xatirələrini bölüşdüyü videoçarx nümayiş olunmuşdur.