Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycanın banisi” mövzusunda elmi-praktik konfrans keçirilib

11.05.2022

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir Azərbaycanın banisi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Elmi-praktik konfransda rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, YAP rayon təşkilatının sədri Habil Qurbanov, rayon prokuroru Rasim Musayev, Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, dahi rəhbərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıblar. Çıxışlarda vurğulanıb ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib, yolumuz önündə işıq saçan məşələ çevrilib.

Tədbir konsert proqramı ilə başa çatıb.