Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev zaman, şəxsiyyət və əbədiyyat” adlı tədbir keçirilib

10.05.2022

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Balakən rayon Mədəniyyət Mərkəzində "Heydər Əliyev zaman, şəxsiyyət və əbədiyyat" başlığı altında tədbir təşkil edilmişdir. 

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış oldular.  Daha sonra mədəniyyət işçiləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya və Ulu öndərə həsr edilmiş mahnılar tədbir iştirakçılarına təqdim edilmişdir. 

Tədbirin sonunda Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş slayd şou nümayiş etdirilmişdir.