01.05.2022
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifə səlahiyyətlərini icra edən Tərlan Nəsibov, MİHİ-nin Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və mədəniyyət işçiləri tərəfindən Vətən müharibəsinin şəhidləri – Vasif Həmidov və Sakit İsmayılovun ailələri ziyarət edilmiş və ərzaq yardımı göstərilmişdir.
Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Sakit İsmayılov "İgidliyə görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları, Vasif Həmidov isə "Vətən uğrunda" və bir sıra medallarla təltif olunublar.
Şəki Regional Mədəniyyət İdarəsinin rəsmiləri tərəfindən həmin görüşlər zamanı qəhrəman Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub. Həmin döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Tərlan Nəsibov həmin ailələrin yaşayış şəraiti ilə yaxından tanış olub. Onların bundan sonrakı dövrdə də dövlətimizin qayğısı ilə əhatə olunacaqları qeyd olunub.