Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə FHN-nin N saylı hərbi hissədə əsgərilərlə görüş keçirilib

16.12.2017

16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin 16 dekabr 2005 ci il tarixli sərancamı ilə yaradılıb.

Şəki şəhər Vaqif  İbrahim adına folklor evinin “Buta” instrumental ansamblı 16 dekabr 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12 illiyi münasibəti ilə Şəkidə yerləşən N saylı hərbi hissədə əsgərlər qarçısında konsert proqramı ilə cıxış etmişdir. Tədbirdə M.F.Axunzadə adına Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, aparıcı bədii rəhbər Rəşad Rustəmov, drijor Zabil Məmmədov, B.Ələsgərova adına folklor klubunun müdiri Sərdar Yunusov, Y.Məmmədov adına  diyarşünaslıq evinin metodisti Elburus Məmmədov, V.İbrahim adına folklor evinin direktoru Rövzət Hacızəkəryəyev, həmin folklor evinin  metodisti Sabir Mustafayev istirak etmişlər.

Rəşad Rüstəmovun aparıcılıq etdiyi tədbirdə müğənnilərin çıxışları hərbçilər tərəfindən rəğbətlə qarşılandı. Konsertdə həmçinin hərbi hissənin əsgərlərinin ifasında tarda “Ay Vətən oğlu” mahnısı və xalq mahnıları səsləndirilmiş, əsgərlərdən ibarət  rəqs qrupu çıxış etmişdir. Konsert proqramından sonra hərbi taborun Psixoloji işlər üzrə müavin Asif Hüseynov əsgərlərə hərbi xidmətədə uğurlar arzuladı və mədəniyyət işcilərinə öz minnətdarlığını bildirdi.  M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilovun və V.İbrahim adına folklor evinin  direktoru Rövzət Hacızəkəryəyevin çıxışı ilə tədbir yekunlaşdı.