22.04.2022
Oğuz rayon Heydər Əliyev Mərkəzində Şəhər 2 saylı məktəbin müəllim və şagird kollektivi və MKS-nin nümayəndələrinin iştirakı ilə “Şuşa ili"nə həsr edilmiş "Şuşa-270" adlı tədbir keçirilmişdir. Tədbir ilk olaraq Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra giriş sözü ilə Mərkəzin direktoru Mehriban Abbasova açaraq, 2022-ci ilin “Şuşa ili" elan edilməsi haqqında Prezidentin sərəncamı diqqətə çatdırılmışdır. Tədbirdə Mərkəzin elmi işçisi Sevinc Rəsulova, MKS-nin Qarabulaq kənd kitabxanasının əməkdaşı Nuranə Kərimova və Şəhər 2 saylı məktəbin direktor müavini Adil Heydərovun çıxışları dinlənilmiş və sonda şagirdlərin Şuşa haqqında şeirlər təqdim edilmişdir.