18.04.2022
18 aprel tarixdə Şəki Heydər Əliyev Mərkəzində Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəsissələrin əməkdaşları Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırlanmış “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmə baxmışlar.
Filmdə Prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.
“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin–Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.