10.05.2018
10 may 2018-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Yaddaşımızın ən böyük abidəsi” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir. Tədbir Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Xocalı rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı Çələbixan qəsəbəsində keçirilmişdir. M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzi, Qoxmuq kənd folklor evi və qəsəbədə yerləşən Şuşa mədəniyyət evi ilə birlikdə keçirilmiş tədbirdə qəsəbə sakinləri və Mərkəzin tabeliyində olan klub müəssisələrinin işçiləri iştirak etmişdir. H.Əliyevin öz səsində “Mən fəxr edirəm ki azərbaycanlıyam” sözləri və Azərbaycanın Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə Şuşa mədəniyyət evinin direktoru Məmməd Məmmədov açaraq sözü aparıcılara - Şəki şəhər Mədəniyyət Mərkəzinin işçiləri Rəşad Rüstəmov və Nazilə Qaffarovaya vermişdir. Tədbirdə Ağdam rayonunun qəsəbə orta məktəbinin direktoru Oqtay Həmidov, Ağdam rayonunun Şəkidəki səlahiyyətli nümayəndəsi Mirzəliyev Buzu, Laçın rayonunun qəsəbədə yerləşən Şəki üzrə nümayəndəsi və Laçın rayonunun qəsəbə kənd məktəbində tədris hissə müdiri Məhəmməd Şükürov çıxışlar etmiş, H.Əliyevin siyasi fəaliyyətindən bəhs etmişlər. Geniş miqyasda keçirilmiş tədbirdə qəsəbədə yerləşən məktəblərin şagirdlərindən Röya Valehzadə, Aysel Həsənova, Ayşən Səmədova, Aytac Məmmədova, Zöhrə İsmayılova, Günay Namazova, Səyalı Kərimova Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər. Rəşad Rüstəmov isə özünün Ulu Öndərə həsr etdiyi şeirni ifa etdi. Oxud kənd folklor evinin “Gənclik” instrumental ansamblının müşaiyəti ilə müğənnilərdən Cabir Camılov, Sərdar Yunusov, qəsəbə sakinləri Əfqan Mahmudovun mahnıları, Rəşad Məmmədovun və Rəfael Məmmədovun solo saz ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.