17.02.2022
Balakən rayon Qaysa kənd Folklor evinin təşkilatçılığı ilə Narkomaniya ilə bağlı "Narkomaniya ictimai bəladır" adlı videokonfrans keçirilmişdir. Konfransda Qaysa, Yeni Şərif, Şərif, Hənifə, Şambul, Talalar kənd mədəniyyət müəssisələrin əməkdaşları iştirak etmişdir.
Konfransı Qaysa kənd Folklor evinin bədii-rəhbəri Aytən Kahayeva açaraq, ötən yüz ilin bəlalarından sayılan narkomaniyanın XXI əsrdə də qlobal problemlər sırasında olduğunu qeyd etmişdir. Həmçinin çıxışında narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Yeni Şərif kənd Sənətkarlıq evinin bədii-rəhbəri Mehriban Mutuxova və Şərif kənd Sənətkarlıq klubunun təşkilatçısı Fatma Uruxova da narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək olduğunu bildirmişdirlər.
Sonda konfransın gənc iştirakçısı Aybəniz Məmmədova çıxış edərək, narkomaniyanın insanı məhv etdiyini, yaddaş və təfəkkürü pozduğunu, həyati proseslərə qarşı laqeydlik yaratdığını bildirmişdir.