Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Qax rayonuna səfər etmişdir

12.02.2022

Səfər zamanı Şəki Regional Mədəniyyət İdarəsinin rəis səlahiyyətlərini icra edən Tərlan Nəsibov Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ilə görüşmüş ,sonra Qax rayonundakı mədəniyyət müəssisələri ilə tanış olmuş, müəssisə rəhbərlərinə öz tapşırıq və tövsiyyələrini vermişdir.

Daha sonra bir qrup mədəniyyət işçisi Qax rayonuna səfər zamanı Böyük Vətən müharibəsi şəhidi "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Azərbaycan Ordusunun 100 illik" yubileyi medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Şəhid Ağayev Asəf Abid oğlunun ailəsi ziyarət edilmiş və ərzaq yardımı göstərilmişdir.