Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən elə bir zirvəsən”

10.05.2018

10.05.2018-ci il tarixdə Qumlaq kənd kitabxanasının məktəblə birlikdə hazırladığı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən”  mövzusunda poeziya dəqiqələri keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin təşkilatçısı, kitabxana şurasının üzvü Kamran Nəbiyev açaraq mövzu haqqında məlumat verdi. Kitabxanaçı Ruziyə Ağababayeva “Həyatını xalqına həsr edən insan” mövzusunda məruzə ilə çıxış etdi. Sonra şagirdlərdən Abdurəhimli Gülnurə, Əhmədova Fatimə, Əzizov Ramal, Məmmədova Gül, Gültən Səfərova, Aysu Həsənova, Mərziyyə Fərəcullayeva, Cavad Abdullayev, Ramil Abbasov, Nəzrin Hüseynova, Əsma Kərimova, Əhmədiyyə Abdullayev, Taleh Qurbanov, Cəfər Salamlı, Selcan Əzizova, Ləman Xəlilzadə müxtəlif şairlərin Ümummilli liderə həsr etdikləri şeirləri söylədilər, mahnılar oxudular. Heydər Əliyevin həyat və fəaliyyətindən  bəhs edən slaydlar nümayiş etdirildi.

Yekunda kitabxanaçı R.Ağababayeva  tədbirin hazırlanıb keçirilməsində yaxından köməklik edən ədəbiyyat müəllimi Səidə Zeynalovaya və bütün  iştirakçılara təşəkkürünü bildirdi.